Dünya çempionları mundiala darmadağınla başladılar - VİDEO

Dünya çempionları mundiala darmadağınla başladılar - VİDEO

Son Dünya çempionu Fransa millisi Qətər mundialının üçüncü günündə səhnə alıb.

mediasport.az xəbər verir ki, Didye Deşamın baş məşqçisi olduğu "xoruzlar" Dünya Kubokuna böyükhesablı qələbə ilə start veriblər.

Avstraliya ilə matçın startında hesabda geri düşən fransızlar sonradan 4 qol vurmağa müvəffəq olublar - 4:1.


Dünya Kuboku-2022. Final mərhələsi. 1-ci tur

Fransa - Avstraliya 4:1

Qollar: Adrien Rabyo, 27, Olivye Jiru, 32, 71, Kilian Mbappe, 68 - Kreyq Qudvin, 9