AVRO-2024: Slovakiya qitə çempionatına vəsiqəni təmin edib

AVRO-2024: Slovakiya qitə çempionatına vəsiqəni təmin edib

AVRO-2024-ün seçmə qrup mərhələsində 9-cu tura start verilib.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə 9 görüş keçirilib.

Azərbaycan yığmasının İsveçi darmadağın etdiyi F qrupunda Estoniya millisi evdə Avstriyaya uduzub.

J qrupunda İslandiya üzərində inamlı qələbə qazanan Slovekiya futbolçuları qitə çempionatənən final mərhələsinə vəsiqəni təmin ediblər.

Daha əvvəl, İspaniya, Şotlandiya, Belçika, Avstriya, Macarıstan, Portuqaliya, Fransa, Türkiyə, İngiltərə və meydan sahibi Almaniyanın AVRO-2024-ün final mərhələsində iştirakı rəsmiləşib.


AVRO-2024. Seçmə qrup mərhələsi. 9-cu tur


A qrupu

Gürcüstan - Şotlandiya 2:2

Qollar:  Kvaratsxeliya, 15, 57 - Maktominay, 49, L.Şankland, 90+3.

Kipr - İspaniya 1:3

Qollar: K.Pileas, 75, L.Yamal, 5, M.Oyarzabal, 22, Xoselo, 28.

Xal durumu: İspaniya - 18, Şotlandiya - 16, Norveç - 10, Gürcüstan - 8, Kipr - 0


F qrupu

Azərbaycan - İsveç 3:0

Qollar: Emin Mahmudov, 3, 89, Renat Dadaçov, 6.

Estoniya - Avstriya 0:2

Qollar: K.Laymer, 26, P.Lienhart, 40.

Xal durumu:  Avstriya - 19, Belçika - 17, İsveç - 7, Azərbaycan - 7, Estoniya - 1


G qrupu

Bolqarıstan - Macarıstan 2:2

Qollar: S.Delev, 24, K.Despodov, 78 - M.Adam, 10, A.Petkov, 90+7.

Monteneqro - Litva 2:0

Qollar: E.Kuç, 3, S.Joveric, 48.

Xal durumu: Macarıstan - 15, Serbiya - 13, Monteneqro - 11, Litva - 6, Bolqarıstan - 3


J qrupu

Lixtenşteyn - Portuqaliya 0:2

Qollar: K.Ronaldu, 46, J.Kanselo, 57.

Slovakiya - İslandiya 4:2

Qollar: J.Kuçka, 30, Duda, 36, L.Haraslin, 47, 58.

Lüksemburq - Bosniya və Herseqovina 4:1

Qollar: M.Olsen, 6, G.Rodriges, 30(pen), 90+5, N.Mujakiç, 55(avtoqol).

Xal durumu: Portuqaliya - 25,  Slovakiya - 19, Lüksemburq - 14, İslandiya - 10, Bosniya - 9, Lixtenşteyn - 6.