Çağlar Söyüncü karyerasını İspaniyada davam etdirəcək - RƏSMİ
Türkiyə milli komandasının futbolçusu Çağlar Söyüncü karyerasını İspaniyada davam etdirəcək.
MediaSport.az xəbər verir ki, 27 yaşlı müdafiəçi "Atletiko"ya keçib.
Çağlar Madrid klubu ilə 4 illik müqavilə bağlayıb. Onun son klubu İngiltərə Premyer Liqasında "Lester Siti" olub.