İtaliya yığmasının futbolçusu Qətər klubuna transfer edilib - RƏSMİ
11 ildən sonra PSJ-dən ayrılan Marko Verratti karyerasını Qətərdə davam etdirəcək.
Mediasport.az xəbər verir ki, İtaliya yığmasının yarımmüdafiəçisi "Əl Ərəbi" klubuna transfer olunub.
Ərəblər 30 yaşlı yarımmüdafiəçi üçün Fransa klubuna 45 milyon avro təzminat ödəyiblər. Verratti ilə 2 illik müqavilə bağlanıb.