Kvabena Ovusu: "Yenidən Çempionlar Liqasında oynamaq istəyirəm"

Kvabena Ovusu: "Yenidən Çempionlar Liqasında oynamaq istəyirəm"

"Qarabağ"dan ayrılaraq "Ferensvaroş"la müqavilə bağlayan Kvabena Ovusu yeni komandasına keçidi barədə açıqlama verib.

mediasport.az xəbər verir ki, Macarıstan çempionunun əla kollektiv olduğunu deyən qanalı futbolçu buraya yenidən Çempionlar Liqasında oynamaq üçün gəldiyini bildirib.

26 yaşlı Ovusu macarlarla "Qarabağ"ın qarşılaşmasını yada salıb: "Ötən yay “Ferensavoş”la qarşılaşanda komanda yoldaşlarıma dedim ki, uşaqlar, bu rəqib bizə çətin anlar yaşadacaq, oyuna hərtərəfli yaxşı hazırlaşmalıyıq. Onlar da Çempionlar Liqasının qrupuna düşmək istəyirlər. Bu səbəbdən tam gücümüzlə mübarizə aparmalıyıq. İndisə artıq bu komandanın uğurları üçün çalışacam. İstərdim ki, bütün bacarığımla komandaya yardım göstərim".