Gənclər və idman naziri bölgələrdə vətəndaşlarla görüş keçirdi
Gənclər və idman naziri Fərid Qayıbov Ağdam, Ağcabədi və Laçın rayon sakinlərini qəbul edib.
Mediasport.az xəbər verir ki, qəbuldan öncə Fərid Qayıbov və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla birlikdə Quzanlı qəsəbəsində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Ağdam Olimpiya İdman Kompleksində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.