Şahruddin start heyətdə yer aldı

Şahruddin start heyətdə yer aldı

3 aydan çoxdur zədəli olan "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev yaşıl meydanlara qayıdıb.

Mediasport.az xəbər verir ki, 30 yaşlı qolkiper bir qədər sonra Qəbələdə start götürəcək yerli komandaya qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsi matçında meydana start heyətdə çıxacaq.

Son dəfə adı protokolda Azərbaycan Premyer Liqasının ilk turunda olmuş "Şah" təxminən 4 aylıq fasilədən sonra oynamaq imkanı əldə edəcək.

Görüş saat 16:00-da başlanacaq.

Xatırladaq ki, yığmamızın əsas üzvü 2024-cü ilin avqustunda - UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Ludoqorets"lə Bakıdakı matçından öncə məşqdə əlindən zədələnərək sıradan çıxmışdı.