Emil Balayev uzunmüddətli fasilədən sonra meydana çıxır
"Neftçi"nin qapıçısı Emil Balayev təxminən ilyarımlıq fasilədən sonra rəsmi oyuna çıxacaq.
Mediasport.az xəbər verir ki, 30 yaşlı qolkiper "Difai"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin matçında start heyətində yer alıb.
Balayev 2023-cü ilin yayında Rusiyada təşkil olunan “Matc TV” turnirində Serbiyanın “Srvena Zvezda” komandası ilə qarşılaşmada zədələnmişdi.
Yığmamızın sabiq üzvü o vaxtdan heç bir görüşdə oynamayıb.
"Neftçi" - "Difai" oyunu saat 18:00-da başlanacaq.