“Zirə”də CİDDİ İTKİLƏR var

“Zirə”də CİDDİ İTKİLƏR var

“Zirə” ciddi itkilərlə ilə üzləşib.

Mediasport.az xəbər verir ki, qəsəbə təmsilçisinin hücumçusu Rafael Utziq zədə səbəbindən Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Şamaxı” ilə oyununu buraxacaq.

Braziliyalı forvard Azərbaycan Premyer Liqasının 16-cı turunun “Kəpəz”lə qarşılaşmasını da kənardan izləyəcək.

"Sambaçı"nın dövrənin son iki turuna hazır olacağı bildirilir. Utziq 14-cü turun "Sumqayıt"la görüşündə zədələnib.

"Qartallar"ın kapitanı Qismət Əliyev üçün isə il başa çatıb. O, məşqdə zədə alıb.