"Neftçi"və "Qarabağ"ın futbolçuları yığmanın heyətindən çıxarıldı
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.
mediasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi"nin üzvü Həsən Mahmudov və "Qarabağ" komandasının oyunçusu Əfsun Salmanov zədə səbəbindən heyətdən çıxarılıb.
Onların əvəzinə “Qəbələ”dən Murad Əbilov və Raul Babayev hazırlıq prosesinə qoşulub.