Adiyev Azərbaycan yığması ilə görüşə 34 futbolçu çağırıb
İyunun 11-də Macarıstanda Azərbaycan milli komandası ilə yoldaşlıq görüşündə üz-üzə gələcək Qazaxıstan yığmasının heyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, baş məşqçi Məhəmməd Adiyev genişləndilirilmiş heyətə 34 futbolçu dəvət edib.
Xatırladaq ki, qazaxlar millimizdən öncə İrəvanda Ermənistan seçməsinin qonağı olacaqlar.
Qapıçılar: İqor Şatski (“Aktobe”), Bekxan Şayzada (“Ordabası”), Danil Ustimenko (“Kayrat”), Aleksandr Zarutski (“Astana”);
Müdafiəçilər: Aleksandr Maroçkin, Yan Voroqovski, Marat Bıstrov (hamısı “Astana”), Erkin Tapalov, Roman Asrankulov, Ruslan Valiullin (hamısı “Tobol”), Baqdat Kairov, Alibek Kasım, Adilxan Tanjarikov (hamısı “Aktobe”), Sergey Malıy, Temirlan Erlanov (hər ikisi “Ordabası”), Adilxan Dobay (“Jetısu”), Mixail Qabışev (“Yelimay”), Nuralı Alip (“Zenit”, Rusiya), Aleksandr Zuyev (“Arsenal”, Rusiya);
Yarımmüdafiəçilər: Asxat Taqibergen, Bauırjan İslamxan, Aybol Abiken (hamısı “Ordabası”), Maksim Samorodov, Ramazan Orazov, Arman Kenesov (hamısı “Aktobe”), Abzal Beysebekov, İslambek Kuat (hər ikisi “Astana”), Adilet Sadıbekov (“Kayrat”), İslam Çesnokov (“Tobol”);
Hücumçular: Ramazan Karimov, Elxan Astanov (hər ikisi “Astana”), İvan Sviriçov (“Yelimay”), Vladislav Prokopenko (“Jeniss”), Abat Aimbetov (“Adana Dəmirspor”, Türkiyə).