Fərrux Mahmudov: "İki hücumçu gətirəcəyik, danışıqlar davam edir"

Fərrux Mahmudov: "İki hücumçu gətirəcəyik, danışıqlar davam edir"

"Neftçi" Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bosniya və Herseqovinanın "Jelezniçar" klubunu 2:0 hesabı ilə məğlub edərək növbəti raunda vəsiqə qazanıb.

"Ağ-qaralar"ın baş icraçı direktoru Fərrux Mahmudov oyundan sonra mediasport.az saytının suallarını cavablandırıb.

- Qürur duyuram. Komanda sona qədər vuruşdu. 2:0 öndə olarkən futbolçular 3-cü qolu da vurmaq istəyirdilər, təəssüf ki, alınmadı. Mənim proqnozum 3:0 idi, amma heç kimə demirdim (gülür). Əsas məsələ odur ki, qələbələrimiz davamlı olsun. Bu, yeni rəhbərliyin, yeni baş məşqçinin ilk qələbəsi idi. 

Növbəti mərhələdə "Beşiktaş" kimi güclü rəqiblə qarşılaşacaqsız. Bu, sizi qorxutmur?

- Bunu həmin oyunlarda biləcəyik. Əminəm ki, oyundan-oyuna güclənəcəyik. Yeni hücumçularımız da gəlir. Onlar növbəti matçda iştirak edə biləcəklər. İnanıram ki, komandamız daha da güclü olacaq. 

Adı mətbuata sızıb rəsmiləşməyən neçə transferiniz var?

- Rəsmiləşməyini gözləyirik. Hazırda iki nəfərlə danışıqlar aparırıq. 

- Auqusto Lotti transferi nə yerdədir?

- Danışıqlar davam edir.

İlk matçdan sonra demişdiz ki, "Jelezniçar"a meydan oxuyacağıq. Bu gün istədiyiniz performansı gördünüz?

- Görə bildik. Gördüyünüz kimi, top da bizdə idi, hücum edirdik. Hücumçumuz olmaya-olmaya hücum futbolu oynadıq. 

Azarkeşlər də bu gün möhtəşəm idi. Onlar haqda nə deyə bilərsiniz?

- Onların əlləri, ayaqları var olsun. Göstərdilər ki, 12-ci oyunçumuz oradadır. 

Yeni mövsümlə bağlı azarkeşlərə nə söz verirsiniz?

- İndi demək çətindir. İki azarkeş qrupunun rəhbəri ilə görüşəcəyik.

Yeni mövsüm üçün büdcə təsdiqlənib. Ötən illə müqayisədə, artırılacaq?

- Bu, məxfi informasiyadır. Açıqlamaq düzgün deyil. Hələ ki, təsdiqlənmə prosesinin içindədir.


Elvin