"Qarabağ" son oyununa çıxır
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu bu gün sonuncu yoldaşlıq oyununu keçirəcək.
MediaSport.az xəbər verir ki, Ağdam klubu Bolqarıstan təmsilçisi MOİK-lə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qeyd edək ki, "köhlən atlılar" ilk görüşündə "Ferensvaroş"la (Macarıstan) 3:3 hesablı bərabərə qalıblar, Polşanın "Legiya" klubuna məğlub olublar - 0:2.