"Dostlarımla yığışıb qardaş ölkəyə yardım göndərmişik" - KAPİTAN
“Adam bilmir ki, bu məqamda nə desin. Həqiqətən də nəsə demək çox çətindir. Görüntüləri izləyirik, vəziyyət ağırdır”.
mediasport.az xəbər verir ki, bu sözləri "Kəpəz"in kapitanı Tural Axundov deyib.
Təcrübəli futbolçu Türkiyədə baş verən zəlzələ haqqında danışarkən qardaş ölkədə yaşananlara görə çox üzgün olduğunu bildirib: “İndi hamı məyusdur. Təbii fəlakət nəticəsində bu qədər insanın dünyasını dəyişməsi, yaralanması hamıya pis təsir edir. Bir kibrit çöpü alovlananda bütün qutunu yandırır. Türkiyənin bu vəziyyətinə görə Azərbaycanın da canı yanır. Allah ölənlərə rəhmət eləsin, xəsarət alanlar tezliklə sağalsınlar. Qardaşlarımızın başı sağ olsun”.
Axundov bildirib ki, Türkiyəyə yardım kampaniyasına qoşulub, yardımlarla dəstək olmağa çalışıb: “Kimin əlindən nə gəlirsə, köməyini edir. Dostlarımla yığışıb qardaş ölkəyə yardım göndərmişik. Bu çətin günlərdə onların yanındayıq”.