"Səbail"də yeni müqavilə

"Səbail"də yeni müqavilə

2024/25-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” Yusif Nəbiyevlə müqavilə müddətini artırıb.

Mediasport.az xəbər verir ki, 26 yaşlı futbolçu ilə 1 illik anlaşma əldə olunub.

Müdafiəçi 2023-cü ilin yayından etibarən “dənizçilər”in formasını geyinir.

Nəbiyev ötən mövsüm komandanın heyətində Misli Premyer Liqasında 34, Azərbaycan Kubokunda 3 oyuna çıxıb.

Oyunçu bu görüşlərdə 5 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.