Azərbaycan idmançıları Türkiyə turnirində 10 medal qazandılar

 Azərbaycan idmançıları Türkiyə turnirində 10 medal qazandılar

Muay-tay üzrə Azərbaycan millisi Türkiyədə ənənəvi keçirilən “Antalya Open Cup”da uğurla çıxış edib.

Mediasport.az xəbər verir ki, idmançılarımız yarışı 10 medalla (3 qızıl, 3 gümüş və 4 bürünc) başa vurublar.

Komandamızın heyətində Necati Əliyev (58 kq), Rəvan Əhmədov (38 kq) və Məhəmməd Əmrəliyev (81 kq) çempion olublar.

İzzət Həsənov (57 kq), Sadiq Ağayev (75 kq) və Tünzalə Əliyeva (54 kq) gümüş medal qazanıblar.

Hüseyn Hüseynli (51 kq), Kənan Hüseynov (63,5 kq), Səməndər İsgəndərov (86 kq) və Aysu İslamova (48 kq) isə bürünc medal əldə ediblər.

Yığmamız yarışda 28 ölkə arasında 5-ci yeri tutub.