Avropa çempionatı: Ülviyyə Fətəliyeva 4-cü qələbə ilə lider oldu
Yunanıstanın Rodos adasında qadın şahmatçılar arasında şəxsi Avropa çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, Azərbaycan təmsilçiləri növbətut keçiriblər.
10 şahmatçımız arasında itkisiz irəliləyən Ülviyyə Fətəliyeva 4-cü turu da qələbə ilə başa vuraraq liderliyi ələ keçirib.
O, ispaniyalı Marta Qarsiya ilə 1-2-ci yerləri bölüşdürür. Bu gün keçiriləcək 5-ci turda Fətəliyeva qara fiqurlarla Qarsiyaya qarşı mübarizə aparacaq.
Gövhər Beydullayeva, Gülnar Məmmədova və Səbinə Rzalı bu tur qalib gəliblər.
5 təmsilçimiz rəqiblərilə xalları yarı bölüb, yalnız Günay Məmmədzadə məğlub olub.
Qeyd edək ki, Avropa çempionatında 183 şahmatçı mükafatlar uğrunda mübarizə aparır.
Avropa çempionatı, Qadınlar. 4-cü tur
Ülviyyə Fətəliyeva – Martina Vikar (Polşa) 1:0
Alisiya Sliviçka (Polşa) - Günay Məmmədzadə 1:0
Gövhər Beydullayeva – Anastasiya Raxmanqulova (Ukrayna) 1:0
Ellen Frederisiya Nilssen (Norveç) - Xanım Balacayeva 0,5:0,5
Lilit Mkrtıçyan (Ermənistan) - Ayan Allahverdiyeva 0,5:0,5
Səbina İbrahimova – Ann Mathadze Bujiaşvili (Gürcüstan) 0,5:0,5
Gülnar Məmmədova – Emiliya Dik-Sala (Avstriya) 1:0
Səbinə Rzalı – Miruna-Daria Lehaçi (Rumıniya) 1:0
Ana İnes Teyşeyra da Silva (Portuqaliya) - Ləman Hacıyeva 0,5:0,5
Şlomit Vardi (İsrail) - Nərmin Abdinova 0,5:0,5