Avropa çempionatı: Ülviyyə Fətəliyevadan növbəti qələbə
Yunanıstanın Rodos adasında qadın şahmatçılar arasında şəxsi Avropa çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycan millisinin 10 üzvü 6-cı turun oyunlarını keçirib.
Turnirin lideri Ülviyyə Fətəliyeva növbəti qələbəsini qazanaraq birinci pillədəki mövqeyini qoruyub.
Təmsilçimizin aktivində 5,5 xal var.
Şəxsi Avropa çempionatı
Ülviyyə Fətəliyeva – Bojana Piddubna (Ukrayna) – 1:0
Gövhər Beydullayeva – Klaudia Kulon (Polşa) – 1:0
Gülnar Məmmədova – Marsel Efroimski (İsrail) – 0:1
Mixalina Rudzinska (Polşa) – Günay Məmmədzadə - 0:1
Anna Kubiçka (Polşa) – Xanım Balacayeva – 0:1
Səbinə İbrahimova – Joka Qaal (Macarıstan) – 1:0
Monika Soçko (Polşa) – Ayan Allahverdiyeva – 1:0
Tatyana Dornbuş (Monako) – Nərmin Abdinova – 0,5:0,5
Səbinə Rzalı – Suzanna Terbe (Macarıstan) – 0,5:0,5
Yoanna Blyubaum – Ləman Hacıyeva – 0:1