12 yeniyetmə şahmatçımız dünya birinciliyində çıxış edəcək

12 yeniyetmə şahmatçımız dünya birinciliyində çıxış edəcək

Azərbaycanın 12 yeniyetmə şahmatçısı Misirdə keçiriləcək dünya birinciliyində çıxış edəcək.

Mediasport.az xəbər verir ki, Xaqan Əhməd, Paşam Əlizadə, Səfa Hümmətov, Atilla Orman, Məhəmməd Kazımzadə, Müslim Şirəliyev, Səadət Bəşirli, Əsnad Vəliyeva, İnci Ələkbərli, Məryəm Abbaszadə, Əsnad Baxşızadə və Mehriban Əhmədli mötəbər yarışda qüvvələrini sınayacaqlar.

8, 10 və 12 yaşadək oğlan və qızlar arasında təşkil olunacaq dünya birinciliyində Azərbaycan nümayəndə heyətinə beynəlxalq qrossmeyster Fərid Abbasov rəhbərlik edəcək.

80 ölkənin təmsil olunacağı yarış oktyabrın 14-27-si aralığında təşkil ediləcək.