Ölkə çempioantında bəzi görüşləri əcnəbi hakimlər idarə edəcəklər
Dekabrın 24-dən 27-dək Bakı İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı keçiriləcək.
Mediasport.az xəbər verir ki, ilk iki gündə yunan-Roma, son iki gündə isə sərbəst güləş üzrə ölkə çempionları müəyyənləşəcək.
Ölkə birinciliyinin bəzi prinsipial qarşılaşmalarını Türkiyə, Qazaxıstan və Gürcüstandan olan hakimlər idarə edəcəklər.
Medal qazanacaq güləşçilər milli komandaların tərkibinə daxil ediləcəklər.
İlk görüşlər hər gün saat 10:00-da, medallar uğrunda qarşılaşmalar 17:00-da başlanacaq.