ACF Kuboku: Yeniyetmə qızlar vacib turnirdə iştirak edəcəklər

  ACF Kuboku: Yeniyetmə qızlar vacib turnirdə iştirak edəcəklər

18 yaşadək yeniyetmə qızlar arasında Azərbaycan Cüdo Federasiyası (ACF) Kuboku keçiriləcək.

Mediasport.az xəbər verir ki, sabah turnirin birinci turu baş tutacaq.

9 çəki dərəcəsində təxminən 200-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq.

Formalaşacaq reytinq siyahısında ilk yerləri tutan idmançılar yeniyetmə qızlardan ibarət milli yığma komandasının tərkibinə daxil ediləcək.