DÇ-2022: 2-ci tur yekunlaşır - Braziliya İsveçrəyə, Portuqaliya Uruqvaya qarşı

DÇ-2022: 2-ci tur yekunlaşır -  Braziliya İsveçrəyə, Portuqaliya Uruqvaya qarşı

Qətərdə keçirilən Dünya Kubokunun final mərhələsi çərçivəsində qrup oyunları davam etdirilir. Bugünkü görüşlərlə qruplarda ikinci tura yekun vurulacaq.

mediasport.az xəbər verir ki, qrupun son 4 qarşılaşması standart saatlarda başlanacaq.


Dünya Kuboku-2022. Final mərhələsi. 2-ci tur


G qrupu

14:00 Kamerun - Serbiya

20.00 Braziliya - İsveçrə

Xal durumu: Braziliya - 3, İsveçrə - 3, Kamerun - 0, Serbiya - 0.


H qrupu

17:00 Cənubi Koreya- Qana

23:00 Portuqaliya - Uruqvay

Xal durumu: Portuqaliya - 3, Uru0vay - 1, Cənubi Koreya - 1, Qana - 0.


Hələlik yalnız Fransa millisi pley-offa vəsiqəni təmin edib.


TV-AFİŞA

14:00 Kamerun - Serbiya (İctimai TV, TRT1, Matç TV)

17:00 Cənubi Koreya - Qana (İctimai TV, TRT1, Matç TV)

20:00 Braziliya - İsveçrə (İctimai TV, TRT1, Matç TV)

23:00 Portuqaliya - Uruqvay (İctimai TV, TRT1, Matç TV)