Fransa finalda - DÇ-2022
Dünya Kuboku-2022-də ikinci finalçı müəyyənləşib.
mediasport.az xəbər verir ki, son Dünya çempionu Fransa ilə yarışın sürpriz komandası Mərakeş üz-üzə gəlib.
Didye Deşamın komandası hər hissədə vurduğu 1 qolla adını finala yazdırıb. Beləliklə, dekabrın 18-də keçiriləcək həlledici görüşdə "xoruzlar" Argentina yığması ilə üz-üzə gələcək.
Dünya Kuboku-2022. 1/2 final mərhələsi
23:00 Fransa - Mərakeş 2:0
Qollar: Teo Hernandes, 5, Kolo Muani, 80.
Baş hakim: Sezar Ramos (Meksika)
"Əl Beyt" stadionu
Fransa: Uqo Lyoris (k), Jül Künde, İbrahima Konate, Yussuf Fofana, Rafael Varan, Teo Hernandes, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru.
Mərakeş: Yassin Bunu, Romen Saiss (k), Əşrəf Hakimi, Cavad Əl-Yamik, Sofyan Amrabat, Azeddin Unai, Nayef Agerd, Nussair Mazraui, Sofyan Buffal, Yussuf En-Nəsiri, Hakim Ziyeş.