Fil Foden İngiltərə Premyer Liqasında ilin futbolçusu seçildi
Peşəkar Fulbolçular Assosiasiyası ("Professional Footballers Association" - PFA) başa çatan 2023/24 mövsümü ilə əlaqədar İngiltərə Premyer Liqasında oynayan futbolçuların mükafatlandırma mərasimini keçirib.
Mediasport.az xəbər verir ki, "Mançester Siti"nin futbolçusu Fil Foden ilin futbolçusu seçilib. İngiltərəli bu ada yiyələnmək üçün komanda yoldaşları Erlinq Haland və Rodri Hernandesi, eyni zamanda, Martin Odeqardı ("Arsenal"), Koul Palmeri ("Çelsi), Olli Uotkinsi ("Aston Villa") qabaqlayıb.
Palmer isə ilin gənc oyunçusu mükafatına sahib çıxıb. O, Alexandro Qarnaço, Kobbie Meynu (hər ikisi "Mançester Yunayted"), Mikael Olise ("Kristal Pelas", yeni klubu "Bayern"), Joao Pedro ("Brayton") və Bukayo Sakanı ("Arsenal") geridə qoyub.
PFA-ya görə ötən mövsümün simvolik komandası:
Qapıçı: David Raya ("Arsenal")
Müdafiəçilər: Vilyam Saliba, Qabriel Maqalhaes (hər ikisi "Arsenal"), Vircil van Dayk ("Liverpul"), Kayl Uolker ("Mançester Siti")
Yarımmüdafiəçilər: Deklan Rays, Martin Odeqard (hər ikisi "Arsenal"), Rodri Hernandes ("Mançester Siti")
Hücumçular: Erlinq Haland, Fil Foden (hər ikisi "Mançester Siti"), Olli Uotkins ("Aston Villa")