Cud Bellingem rəsmən "Real"da

Cud Bellingem rəsmən "Real"da

Madrid "Real"ı mövsümlərarası fasilədə ilk transferini həyata keçirib.

mediasport.az xəbər verir ki, İspaniya nəhəngi 20 yaşlı ingilis yarımmüdafiəçi Cud Bellingemlə müqavilə bağlayıb.

Anlaşmanın detalları açıqlanmayıb.

Son mövsümü Almaniyada Dortmund "Borussiya"sında keçirmiş futbolçu yeni klubunda 5 nömrəli formada çıxış edəcək. Transferin 130 milyon avroya başa gəldiyi bildirilir.