Müqaviləsi başa çatacaq futbolçuların rəmzi "11-liy"i

  Müqaviləsi başa çatacaq futbolçuların rəmzi "11-liy"i

2024-cü ildə çıxış etdikləri klublarda müqaviləsi başa çatacaq futbolçulardan ibarət simvolik "11-lik" təşkil edilib.

Mediasport.az xəbər verir ki, heyətin ümumi dəyəri 410 milyon avrodur.

2024-cü ildə müqaviləsi başa çatacaq futbolçuların rəmzi "11-liy"i:

Qapıçı: Aleks Meret ("Napoli", 15 milyon avro)

Müdafiəçilər: Xuan Miranda ("Betis", 9 milyon), Mario Hermoso ("Atletiko", 25 milyon), Viktor Lindelöf ("Mançester Yunayted", 18 milyon), Aaron Van-Bissaka ("Mançester Yunayted", 20 milyon)

Yarımmüdafiəçilər: Tomas Souçek ("Vest Hem", 35 milyon), Adrian Rabyo ("Yuventus", 40 milyon), Daiti Kamada ("Latsio", 20 milyon), Piotr Zelenski ("Napoli", 30 milyon)

Hücumçular: Kilian Mbappe (PSJ, 180 milyon), Rafa Silva ("Benfika", 18 milyon)