Gəncə şəhəri 2025-ci ildə böyük idman bayramına ev sahibliyi edəcək
Gəncə şəhəri 2025-ci ildə III MDB Oyunlarına ev sahibliyi edəcək.
mediasport.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini Mariana Vasileva bildirib.
"Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhəri olan Gəncədə bu məqsədlə yeni müasir kompleks tikilir.
Bölgələrdə yarışların keçirilə biləcəyi fikri xoşumuza gəldi. Şurada format müzakirə olunacaq. İstənilən ölkə daha çox inkişaf etmiş idmana önəm verir.
Düşünürəm ki, biz əsas Olimpiya idman növlərinə və bütün ölkələr üçün ənənəvi qeyri-olimpiya idman növlərinə diqqət yetirəcəyik" - deyə, nazir müavini qeyd edib.