Gimnastlarımız 1-ci dünya çempionatında iştirak edəcəklər

Gimnastlarımız 1-ci dünya çempionatında iştirak edəcəklər

Azərbaycan yığma komandasının üzvləri 16-19 noyabr tarixlərində Böyük Britaniyanın Birmingem şəhərində keçiriləcək batut gimnastikası və tamblinq üzrə 30-cu dünya yaş qrupları yarışlarında qüvvələrini sınayacaqlar.

Mediasport.az xəbər verir ki, ölkəmizi Nicat Mirzəyev, Hüseyn Abbasov, Əli Niftəliyev, Mehdi Əliyev, İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Ömər Qasımlı, Fərhad Mustafayev, Samirə Hüseynova, Ayan Şabanova, (batut gimnastikası) Aleksey Karataşov, Bilal Qurbanov, Hüseyn Əsədullayev (tamblinq) təmsil edəcəklər.

Eyni tarixlərdə Birmingem şəhərində batut gimnastikası və tamblinq üzrə gənclər arasında 1-ci dünya çempionatı təşkil olunacaq.

Bu yarışda Azərbaycan yığmasının heyətində Nicat Mirzəyev, Hüseyn Abbasov, Əli Niftəliyev, Mehdi Əliyev, İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Samirə Hüseynova, Ayan Şabanova, (batut gimnastikası) və Aleksey Karataşova (tamblinq) etimad göstəriləcək.