Gəncə stadionunda MÜHÜM YENİLİK

Gəncə stadionunda MÜHÜM YENİLİK

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023-cü illər mövsümünün əvvəli və axırında sevimli komandalarını doğma meydanda dəstəkləməkdən məhrum olan "Kəpəz" azarkeşlərini sevindirəcək xəbər var.

mediasport.az saytına daxil olan məlumata görə, Gəncə stadionunda söküntü işlərinə başlanılır. Mərhələli şəkildə aparılması nəzərdə tutulan işlərə təxminən 1 aydan sonra start veriləcək.

Söküntü işlərinə VİP və media tribunadan başlanılması planlaşdırılıb ki, bu da təsadüfi deyil. "Kəpəz"in oyunlarındakı canlı yayımlarda çəkiliş əsasən həmin zonada aparıldığınıdan söküntü və tikinti görüntüləri kameraya düşməyəcək.

Yenilik bununla başa çatmır. Əldə etdiyimiz məlumata görə, məhdud sayda stadiona buraxılacaq azarkeşlərin matçları daha rahat və təhlükəsiz izləmələri üçün VİP və media ilə üzbəüz tribunaya yeni oturacaqlar quraşdırılacaq. Bu da əks tərəfdən çəkiliş zamanı canlı yayımda effekiv kadrların olması üçün nəzərdə tutulub.