Rəhman Premyer Liqada: Müdafiəçi ilə 2 illik müqavilə bağlandı - RƏSMİ

Rəhman Premyer Liqada: Müdafiəçi ilə 2 illik müqavilə bağlandı - RƏSMİ

Birinci Divizionda mübarizə aparacaq "Şamaxı"dan daha bir futbolçu ayrılıb.

Bölgə təmsilçisinin heyətində ötən mövsüm 36 oyun keçirmiş Rəhman Daşdəmirov karyerasını "Sabah"da davam etdirəcək.

Klubdan MediaSport.az saytına verilən məlumata görə, Premyer Liqanın gümüş medalçısı 24 yaşlı müdafiəçiyə görə Şamaxı klubuna müəyyən məbləğdə təzminat ödəyib.

Daşdəmirovla 2 illik müqavilə bağlanıb.