Gəncə və Tovuz azarkeşləri bütün rəqiblərini qabaqlayır

Gəncə və Tovuz azarkeşləri bütün rəqiblərini qabaqlayır

Premyer Liqada 10-cu turun oyunlarını izləmiş azarkeş sayı məlum olub.

mediasport.az xəbər verir ki, ən yüksək göstərici Tovuzda qeydə alınıb.

“Turan Tovuz”un doğma arenada heç-heçə etdiyi (2:2) “Səbail”lə oyununu 4000 tamaşaçı stadiondan izləyib. İkinci ən yaxşı göstərici də qərb klubuna məxsusdur. “Kəpəz”in "Neftçi" ilə ev qarşılaşmasında 3000 azarkeş olub.


Turu ümumilikdə 10500 tamaşaçı stadionlardan izləyib:

“Turan Tovuz” – “Səbail” – 4000 tamaşaçı

“Kəpəz” – “Neftçi” – 3000 tamaşaçı

“Sabah” – “Zirə” – 1500 tamaşaçı

“Şamaxı” – “Qəbələ” – 1200 tamaşaçı

“Qarabağ” – “Sumqayıt” – 800 tamaşaçı