"Şamaxı"dan Premyer Liqa yolunda vacib qələbə, lider İmişlidə xal itirdi

"Şamaxı"dan Premyer Liqa yolunda vacib qələbə, lider İmişlidə xal itirdi
Azərbaycan 1-ci liqasında 25-ci tura yekun vurulub.

Mediasport.az
xəbər verir ki, ikinci oyun günündə 4 görüş keçirilib.

Lider "Qaradağ Lökbatan" turun mərkəzi matçında "İmişli"nin qonağı olub.

Premyer Liqaya digər iddialı "Şamaxı" doğma meydanda "Karvan"ı darmadağın edərək 2-ci pillədə yerini möhkəmləndirib.


Azərbaycan 1-ci Liqası. 25-ci tur

"Araz Saatlı" - MOİK 0:5
Qollar: Elmir Rəhimzadə, 38, 47, 62, Cavidan Abbaszadə, 90, Elvin Valiev, 90+3.

"Şamaxı" - "Karvan" 3:0
Qollar: Emin Zamanov, 19, Qurban Səfərov, 38, Bəhruz Teymurov, 54.

"Mingəçevir" - "Zaqatala" 0:0

"İmişli" - "Qaradağ Lökbatan" 0:0


1 Qaradağ Lökbatan 25 15 8 2 42-16 53
2 Şamaxı 25 14 9 2 54-19 51
3 İmişli 25 13 8 4 36-17 47
4 MOİK 25 13 6 6 50-26 45
5 Karvan 25 11 5 9 31-31 38
6 Zaqatala 25 6 9 10 28-32 27
7 İrəvan 25 8 3 14 28-49 27
8 Mingəçevir 25 7 5 13 18-36 26
9 Difai Ağsu 25 5 6 14 31-41 21
10 Araz Saatlı 25 3 1 21 25-76 10