PFL sentyabr ayının ən gözəl qolunun qalibini mükafatlandırdı

PFL sentyabr ayının ən gözəl qolunun qalibini mükafatlandırdı

Peşəkar Futbol Liqası “Ayın qolu” layihəsinin növbəti qalibini mükafatlandırıb.

Mediasport.az xəbər verir ki, “Araz-Naxçıvan”ın oyunçusu Bernardo Diasın "Kəpəz"lə görüşdə fərqləndiyi epizod Premyer Liqada sentyab ayının ən gözəl qolu seçilib.

Portuqaliyalı vinger "Araz-Naxçıvan" - "Zirə" oyunundan əvvəl mükafatını alıb.

Futbolçuya mükafatı Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.