Gimnastlarımız Portuqaliyadakı yarışda mübarizə aparacaqlar

Gimnastlarımız Portuqaliyadakı yarışda mübarizə aparacaqlar

Portuqaliyada akrobatika gimnastikası üzrə dünya çempionatı keçiriləcək.

Mediasport.az xəbər verir ki, 19-22 sentyabrda keçiriləcək turnirdə təmsilçilərimiz İradə Qurbanova və Leyla Əliyevanın rəhbərliyi altında mübarizə aparacaqlar.

Durdanə Əhmədova yarışda hakim vəzifəsini icra edəcək.

Yığma komandamızın heyəti:

Qarışıq cütlüklər 1:

- Raziyə Seyidli

- Ağasif Rəhimov

⁠Qarışıq cütlüklər 2:

- Milana Əliyeva

- Sabir Ağayev⁠

Kişi qrupu:

- ⁠Rəsul Seyidli

- Riad Səfərov

- ⁠Seymur Cəfərov

- ⁠Abdulla Əl-Məşayxi

Kişi cütlüyü:

- ⁠Murad Rəfiyev

- ⁠Daniel Abbasov