Gimnastlarımız Belçikaya yollandılar

Gimnastlarımız Belçikaya yollandılar

Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Belçikada keçiriləcək beynəlxalq turnirlərdə iştirak edəcəklər.

mediasport.az xəbər verir ki, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük Antverpenin Purs bölgəsində təşkil olunacaq dünya kuboku yarışlarında mübarizə aparacaqlar.

Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Başiri isə eyni şəhərdə təşkil olunacaq “Flanders Acro Cup” turnirinə qatılacaqlar.

Hər iki yarış 6-9 aprel tarixlərində keçiriləcək.