Malkin və məşqçisinə Avropanın ən yaxşısı mükafatı təqdim edilib

Malkin və məşqçisinə Avropanın ən yaxşısı mükafatı təqdim edilib

Xəbər verdiyimiz kimi, tamblinq üzrə Azərbaycan milli komandasının lideri Mixail Malkin 2023-cü il üzrə Avropanın ən yaxşı idmançısı, yığmamızın çalışdırıcısı Adil Hüseynzadə isə ən yaxşı məşqçi adını qazanmışdı (https://mediasport.az/azerbaycan-idmancisi-avropada-2023-cu-ilin-en-yaxsisi-secilib).

Təmsilçilərimiz mükafatlarına qovuşublar.

Onlara mükafatlar Portuqaliyanın Gimaraynş şəhərində keçirilən Avropa çempionatında təqdim edilib.

Xatırladaq ki, Malkin ötən il Böyük Britaniyanın Birmingem şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.