Günəş baş məşqçi oldu
“Qaziantep” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
mediasport.az xəbər verir ki, Superliqa təmsilçisini Ərdal Günəş çalışdıracaq.
41 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayıb.
Günəş buna qədər Antep klubunda məşqçi kimi çalışırdı.
Bildirək ki, “Qaziantep” ilin əvvəlində Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra Super Liqada çıxışını dayandırıb. Lakin komanda növbəti mövsümdən elitada mübarizə aparacaq.