8 klub mərhələ keçdi, "Qarabağ"ın rəqibi bilindi - Çempionlar Liqası
UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
MediaSport.az xəbər verir ki, ilk gündə 8 matç baş tutub.
Azərbaycan çempionu "Qarabağ"ın mərhələ keçəcəyi təqdirdə 2-ci raundda qarşılaşacağı potensial rəqibləri Estoniyada üz-üzə gəliblər. Polşa çempionu "Rakuv" "Flora"ya səfərdə 3 qol vurmaqla ümumilikdə 4:0 hesabı ilə Ağdam təmsilçisinə rəqib olmaq imkanı qazanıb.
"Neftçi"nin keçmiş baş məşqçisi Roberto Bordinin çalışdırdığı "Şerif" doğma meydanda Rumıniya çempionu - əfsanəvi Georgi Hacinin komandası "Farul"a 3 top vurmaqla həm ilk matçdakı məğlubiyyətin əvəzini çıxıb, həm də adını II təsnifat mərhələsinə yazdırıb.
UEFA Çempionlar Liqası. I təsnifat mərhələsi. Cavab oyunları
18 iyul
“Struqa” (Şimali Makedoniya) - “Jalgiris” (Litva) 1:2
Qollar: Besart İbraimi, 76 (pen.) – Yuri Kendiş, 78, Medzit Neziri, 84-avtoqol.
İlk oyun - 0:0
“Flora” (Estoniya) - “Rakuv” (Polşa) 0:3
Qollar: Lukaş Zvolinski, 47, 59, Yannis Papanikolau, 85.
İlk oyun - 0:1
“Makkabi” (Hayfa, İsrail) - “Hamrun” (Malta) 2:1
Qollar: Erik Şuranov, 69, Frantzdi Pierrot, 84 – Jozef Mbonq, 32.
İlk oyun - 4:0
“Şerif” (Moldova) – “Farul” (Rumıniya) 3:0
Qollar: Amine Talal, 45+1, Jerom Nqom Mbekeli, 99, Peter Ademo, 105+1.
İlk oyun - 0:1
BATE (Belarus) - “Partizani” (Albaniya) 2:0
Qollar: Vladislav Malkeviç, 71, Aleksandr Şestyuk, 90+12.
İlk oyun - 1:1
TNS (Uels) - "Haken" (İsveç) 0:2
Qollar: İbrahim Sadiq, 19, Mamadu Sonko, 90+1.
İlk oyun - 1:3
“Zrinski” (Bosniya və Herseqovina) - “Urartu” (Ermənistan) 2:3 (Penaltilərlə - 4:3)
Qollar: Nemanya Bilbiya, 27, Tomislav Kiş, 94 (pen.) - Narek Qriqoryan, 74, 90+1, Artyom Maksimenko, 105+3.
İlk oyun - 1:0
“Breydablik” (İslandiya) – “Şemrok Rovers” (İrlandiya) 2:1
Qollar: Ceyson Svantorsson, 16, Höskuldur Qunnlauqsson, 58 - Qraham Burke, 65.
İlk oyun - 1:0