Son 10 ildə futbolçu satışından yarım milyard avro qazanıblar

 Son 10 ildə futbolçu satışından yarım milyard avro qazanıblar

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) son 10 ildə dünyada ən çox gəlir əldə edən futbol akademiyalarının siyahısını dərc edib.

Mediasport.az xəbər verir ki, sıralamaya yarım milyard avrodan çox qazancla Portuqaliya nəhəngi "Benfika" başçılıq edir.

Lissabon təmsilçisi 21 yaşadək futbolçuların satışından son 10 ildə 516 milyon avro qazanıb.


Son 10 ildə ən çox gəlir əldə edən akademiyalar


1. “Benfika” (Portuqaliya) - 516 milyon avro

2. "Ayaks" (Niderland) - 376 milyon avro

3. "Lion” (Fransa) - 370 milyon avro

4. “Real" (Madrid, İspaniya) – 364 milyon avro

5. “Çelsi” (İngiltərə) – 347 milyon avro

6. “Monako” (Fransa) - 325 milyon avro

7. “Sportinq” (Portuqaliya) – 306 milyon avro

8. "Tottenhem" (İngiltərə) – 256 milyon avro

9. “Mançester Siti” (İngiltərə) – 254 milyon avro

10. “Atalanta” (İtaliya) – 250 milyon avro