Mahirin Almaniya Bundesliqasında 6 turluq qələbə həsrəti başa çatdı

Mahirin Almaniya Bundesliqasında 6 turluq qələbə həsrəti başa çatdı

Almaniyanın 2-ci Bundesliqasında 17-ci turun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” “Braunşveyq”i (Ayntraxt) qəbul edib.

Miroslav Klozenin baş məşqçisi olduğu kollektiv 6 turluq qələbə həsrətinə son qoyub - 1:0.

Yığmamızın forvardı meydana 78-ci dəqiqədə daxil olub.

Bu qələbə sayəsində xallarının sayını 22-yə çatdıran “Nürnberq” qış fasiləsinə turnir cədvəlinin 11-ci pilləsində yollanıb.