Vinçenso Montella Türkiyə futbolunun tarixinə düşüb

Vinçenso Montella Türkiyə futbolunun tarixinə düşüb

Vinçenso Montella Türkiyə futbolunun tarixinə düşüb.

Mediasport.az xəbər verir ki, "ay-ulduzlular"ı AVRO-2024-ün final mərhələsinə çıxaran italyan baş məşqçi Türkiyə millisi ilə qitə birinciliyinə vəsiqə qazanmış ilk əcnəbi mütəxəssisdir.

49 yaşlı apenninliyə qədər 5 dəfə Avropa çempionatının əsas mərhələsində iştirak etmiş yığmanın "sükanı" arxasında 3 dəfə Fatih Terim, 1 dəfə Mustafa Dənizli, 1 dəfə də Şenol Günəş olub.

Montella yığmaya ötən ayın 21-də baş məşqçi təyin edilib. Türkiyə komandası seçmə mərhələdə öz qruplarında sona 1 tur qalmış 16 xalla birinci pillədə qərarlaşıb.

Komanda noyabrın 21-də səfərdə Uelsə uduzsa belə, AVRO-2024-ə vəsiqə artıq rəsmiləşib.