Bu futbolçu DÇ-2022-ni buraxacaq
Fransa millisi və “Aston Villa”nın yarımmüdafiəçisi Bubakar Kamara ciddi zədə alıb. MediaSport.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində “Sauthempton”la oyunda (1:0) zədələnən oyunçunun diz bağları qıırılıb.
Tibbi müayinədən sonra 23 yaşlı futbolçunun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı, gələn ay Qətərdə start götürəcək dünya çempionatını buraxacağı məlum olub.
DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.