Hakimi söyən "Qəbələ"nin meneceri 5, futbolçusu 4 oyunluq cəzalandırıldı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
mediasport.az xəbər verir ki, iclasda "Qəbələ"nin hakimi söyən meneceri haqda qərar da açıqlanıb.
05.04.2023-cü il tarixində I Divizionun XXIII turunun “Araz Naxçıvan” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının futbolçusu Rauf Rüstəmli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, komanda 320 manat cərimə edilir (maddə 41.3);
05.04.2023-cü il tarixində I Divizionun XXIII turunun “Araz Naxçıvan” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının meneceri Muraz Muradlı hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanır, klub 400 manat cərimə edilir (maddə 41.4);