"Neftçi"nin sabiq forvardı ilə İtaliya A Seriyası klubu da maraqlanır
2022/2023-cü illər mövsümünün ikinci yarısını icarə əsasında “Neftçi”də keçirən Mateus Saldanya karyerasını İtaliya A seriyasında davam etdirə bilər.
Mediasport.az xəbər verir ki, "Fənərbağça" və bir çox Avropa klublarının hədəfində olan “Partizan”ın (Serbiya) forvardı ilə "Torino” da maraqlanır.
Serblər braziliyalı üçün 10 milyon avro keçid haqqı təyin ediblər. Turin təmsilçisi futbolçunun meneceri ilə mümkün transferlə bağlı danışıqlar aparır.
24 yaşlı cənubi amerikalının “partizanlar”la anlaşması 2027-ci ilə qədərdir.