Azərbaycan klubu 6 milyonluq hücumçuya təklif göndərdi

Azərbaycan klubu 6 milyonluq hücumçuya təklif göndərdi

Transfer çalışmalarını davam etdirən "Qarabağ" məşhur hücumçu Alfredo Morelosu heyətinə qatmağa hazırlaşır.

MediaSport.az xəbər verir ki, məlumatı Böyük Britaniya mətbuatı yayıb.

Bildirilir ki, Ağdam təmsilçisi Şotlandiyanın "Reyncers" klubundan ayrılan 27 yaşlı forvarda təklif göndərib.

Kolumbiya yığmasının futbolçusu hazırda azad agentdir.

O, 2017-ci ildən "Reyncers"də çıxış edirdi, Şotlandiya klubunda 178 oyuna 78 qol vurub.

"Transfermarkt" saytı Morelosa 6 milyon avro qiymət qoyub.