“Sabah”, “Neftçi” və “Qəbələ” üçün növbəti rəqiblər - Konfrans Liqası
Azərbaycanı futbol üzrə UEFA Konfrans Liqasında təmsil edəcək “Sabah”, “Neftçi” və “Qəbələ”nin daha bir neçə rəqibi müəyyənləşib.
mediasport.az xəbər verir ki, bununla da “Sabah” və “Qəbələ”nin II təsnifat mərhələsindən mübarizəyə başlayacaq bütün mümkün rəqibləri məlum olub.
Püşkdə səpələnməmişlərdə yer alacaq Masazır klubu və ölkə kubokunu qazanmış qəbəlilər səpələnmişlərdə qərarlaşacaq “Midyullan” (Danimarka), “Tvente” (Niderland) və “Austriya” (Avstriya) kimi komandalarla qarşılaşa bilər.
Mübarizəyə səpələnmişlərdə başlayacaq “Neftçi” bir qədər zəif rəqiblərlə üz-üzə gələcək. Lakin sıraya “Adana Dəmirspor” (Türkiyə) və “Levski” (Bolqarıstan) kimi güclü kollektivlər də də qoşulub.
Ümumilikdə II təsnifat mərhələsinin 90 iştirakçısından 58-i məlumdur. Yalnız II raunddan yarışa başlayacaq və səpələnməmişlərdə yer alacaq İsrail təmsilçisi müəyyənləşməyib.
Digər 31 komanda isə I raunddan gələcək.
II təsnifat mərhələsinin püşkü iyunun 21-də atılacaq. Komandalarımız oyunlarını iyulun 27-də və avqustun 3-də keçirəcəklər.
UEFA Konfrans Liqası. II təsnifat mərhələsi
Səpələnmişlər: “Brügge” (Belçika), “Bazel” (İsveçrə), “Gent” (Belçika), “Fənərbağça” (Türkiyə), ÇFR (Rumıniya), “Midyullan” (Danimarka), PAOK (Yunanıstan), “Makkabi (Təl-Əviv, İsrail), “Viktoriya” (Çexiya), “Bude-Qlimt” (Norveç), “Lex” (Polşa), “Hapoel” (Beer-Şeva, İsrail), “Yurqorden” (İsveç), APOEL (Nikosiya, Kipr), “Beşiktaş” (Türkiyə), ÇSKA (Bolqarıstan), “Tvente” (Niderland), “Riyeka” (Xorvatiya), “Gimaraeş” (Portuqaliya), “Styaua” (Rumıniya), “Legiya” (Polşa), “Rusenborq” (Norveç), “Spartak” (Trnava, Slovakiya), AEK (Larnaka, Kipr), “Omoniya” (Kipr), “KuPS” (Finlandiya), “Neftçi” (Azərbaycan), “Osiyek” (Xorvatiya), “Hibernian” (Şotlandiya), “Aris” (Saloniki, Yunanıstan), “Austriya” (Avstriya).
Səpələnməmişlər: “Petrokub” (Moldova), “Drita” (Kosovo), “Voyvodina” (Serbiya), “Adana Dəmirspor” (Türkiyə), “Lütsern” (İsveçrə), “Vorskla” (Ukrayna), “Bohemians” (Çexiya), “Orhus” (Danimarka), “Hammarbü” (İsveç), “Kalmar” (İsveç), “Levski” (Bolqarıstan), “Kauno” (Litva), “Poqon” (Polşa), “Zalaeqerseq” (Macarıstan), “Keşkemet” (Macarıstan), “Debresen” (Macarıstan), “Şepşi” (Rumıniya), “Qəbələ” (Azərbaycan), “Boraç” (Bosniya və Herseqovina), “ÇSKA-1948” (Bolqarıstan), “Sabah” (Azərbaycan), “Ordabaşı” (Qazaxıstan), “Aktobe” (Qazaxıstan), “Çelye” (Sloveniya), “Auda” (Latviya), “Differdanj” (Lüksemburq), “Torpedo BelAZ” (Belarus).