"Sabah" və "Neftçi"nin potensial rəqibi müəyyənləşir - Konfrans Liqası
Bu gün Avropa Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
mediasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir saat 16:00-da başlanacaq.
Yarışda təmsilçilərimiz - "Sabah" və "Neftçi"nin də potensial rəqibləri müəyyənləşəcək.
Püşkatma zamanı Azərbaycan klublarının cütlükləri müvafiq olaraq 2-ci və 4-cü qrupda yer alacaqlar.
“Sabah” – “Partizan” (Serbiya) cütü püşkdə səpələnmişlərdə qərarlaşacaq. Murad Musayevin komandasının mümkün rəqibləri “Osasuna” (İspaniya), “Rapid” (Avstriya) – “Debresen” (Macarıstan) cütü, “Styaua” (Rimıniya) – “Norşelland” (Danimarka) cütü, “Rusenborq” (Norveç) – “Harts” (Şotlandiya) cütü və “Çelye” (Sloveniya) – “Neman” (Belarus) cütüdür.
III təsnifat mərhələsində Türkiyə klubu “Beşiktaş”la qarşılaşacaq “Neftçi”nin cütü səpələnməmişlər səbətində olacaq. Onların potensial rəqibləri “Gent” (Belçika) – “Poqon” (Polşa) cütü, “Dinamo” (Kiyev, Ukrayna) - “Aris” (Yunanıstan) cütü, “Viktoriya” (Çexiya) – “Qzira” (Malta) cütü və “Lill” (Fransa) olacaq.