Hakimlərimiz Avropa çempionatının qrup mərhələsində
FİFA referisi Elçin Məsiyev və FİFA referisi köməkçisi Vüsal Məmmədov UEFA-dan növbəti dəfə təyinat alıblar.
Mediasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, onlar 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 11-ci qrupundakı matçlarda iş başında olacaqlar.
İtaliya, Yunanıstan, Şimali İrlandiya və San Marino yığmalarının mübarizə aparacağı qrupun oyunları oktyabrın 25-31-i aralığında İtaliyada keçiriləcək.