"Qarabağ" Avropa Liqasının turnir cədvəlində neçənci pillədədir?
UEFA Avropa Liqasının əsas mərhələsində 2-ci tur görüşlərinə yekun vurulub.
Ümumilikdə 36 komandanın mübarizə apardığı Liqa raundunda 2 turun nəticələrinə əsasən turnir cədvəli yenilənib.
Azərbaycan çempionu "Qarabağ" 2 məğlubiyyətlə 34-cü sırada qərarlaşıb.
"Tottenhem" (0:3) və "Malmö" (1:2) klublarına uduzan Qurban Qurbanovun komandası "36-lıq"da yalnız Kiyev "Dinamo"su və "Beşiktaş"dan öndədir.
İndiyədək xal qazanmayan digər kollektivlər isə "Ferensvaroş", "Makkabi" (Təl-Əviv) və PAOK-dur.
Ümumi turnir cədvəlinə 6 xalla 5 komanda başçılıq edir ki, ən yaxşı göstərici "Latsio"nun aktivindədir.
Mediasport.az