De Byazi: "Millinin qapısı hamı üçün açıqdır, amma bağlana da bilər"

De Byazi: "Millinin qapısı hamı üçün açıqdır, amma bağlana da bilər"

Sabah Kişinyovda keçiriləcək Moldova - Azərbaycan beynəlxalq yoldaşlıq oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında milli komandamızın baş məşqçisi Canni De Byazi fikirlərini paylaşıb

mediasport.az xəbər verir ki, italiyalı mütəxəssis qarşıdakı hər iki yoxlama görüşünün vacib olduğunu qeyd edib.

O, təxminən ilyarım əvvəl məhz bu gün qarşılaşmanın oynanılacağı arenada moldovalılara məğlub olduqlarını xatırlayıb: "17 ay öncə burada uduzmuşduq. Futbolçularla bu barədə söhbətimiz oldu. Türkiyə və Belarus milli komandaları ilə oyundan sonra buraya rahat gəlmişdik. Onda yanaşma yaxşı deyildi. İndi meydanda bütün gücümüzü ortaya qoymalıyıq. İnkişaf etmək, inam qazanmaq üçün çox çalışmalıyıq. AÇ-nin seçmə mərhələsinə 122 gün qalıb. Hazırda düşərgədə 26 futbolçu var. Bu futbolçular bizə seçmə mərhələdə kömək edə bilərlər. Millinin qapısı hamı üçün açıqdır. Amma bağlana da bilər. Son vaxtlar işlərimiz yaxşı gedir, ardıcıl üç qələbə qazanmışıq. Buna görə sevinirəm. Əsas odur ki, yaxşı nəticələrdən sonra razı qalmayaq".